• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 27.03.2019 20:12

Şəhid hərbçi dəfn edildi

KepezTV Player

Düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Qazax rayonundan həqiqi hərbi xidmətə çağırılan Əlləz Əlləzovun nəşi yaşadığı Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib. Vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirləri və əsgər yoldaşları, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Dəfn mərasimindən sonra əsgərlər havaya yaylım atəşi açıb.

Əlləz Əlləzov 2018-ci ilin yanvar ayından həqiqi hərbi xidmətə çağırılıb. Onun xidmətini başa vurmasına 4 ay qalmışdı.