• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2414
— 27.03.2019 15:57

Seciçilərin sayı artıb

KepezTV Player

Gəncədə yerləşən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının 56 şəhər və rayonda 63 seçki məntəqəsi var. Bu məntələrdə seçicilərin siyahı alınmasına yanvarın 5-dən başlanılıb və proses 3 ay ərzində yekunlaşıb. Mənətəqlər üzrə ümumilikdə 51 min 95 nəfər seçici qeydiyyata alınıb ki, bunun da 27 min 55-i qadın qalanı isə kişilərdir. Həmçinin yaşı 100-dən artıq olan 11 nəfər, 18 yaşı tamam olan 523 nəfər də qeydiyyata alınıb.

Adil Murtuzayev - 123 saylı DSK-nın sədri: Başqa rayonlaradan fərqli olaraq qaçqın və məcburi köçkün rayonlarında müəyyən çətinliklər var. Amma buna baxmayaraq hər bir məntəqə üzrə seçici siyahıları müntəzəm olaraq hər il yenilənir. Bundan başqa rayonun yerli icra orqanları tərəfindən hər ay hesabatlar qəbul olunur. Bu qeydiyyatda dünyasını dəyişmiş, qeydiyyatdan çıxan, qeydiyyata düşən seçicilər barədə məlumatlar verilir və bu məlumatları aldıqdan sonra seçici siyahılarında dəqiqləşdirmə aparılır.

Elnur Vahidoğlu