• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 27.03.2019 11:01

Qatlana bilən kamera EVO təqdim edildi

Hələ qatlana bilən smartfonlar bazarda özlərinə yer edə bilmədən qatlana bilən kameralar təqdim olunmağa başlayıb. Insta360 şirkəti tərəfindən təqdim edilən EVO, 180 dərəcə 3D kameraya və cihazı qatlayaraq istifadə edə biləcəyiniz 360 dərəcəlik bir kamera ilə təchiz olunub. Həmçinin təqdimat zamanı şirkət tərəfindən smartfonlardan eynəksiz 3D görüntüləri izləməyə imkan yaradan HoloFrame-i də nümayiş olunub. EVO qatlanmamış vəziyyətində yan-yana duran 2 linzası ilə 5,7 K keyfiyyətli, 18 MP 180 dərəcə 3D video və 18 MP 180 dərəcə 3D fotoşəkillər lentə ala bilir. Qatlanan zaman isə bu iki linza arxa-arxaya gəlir ki, bu zaman 3D şəkillər əldə edə bilməzsiniz. Ancaq bu vəziyyətdə 360 dərəcəli bir şəkil çəkmək mümkündür. Şirkətdən verilən məlumatlara görə, bu kamera həmçinin virtual reallıq eynəklərlə uyğunlaşacaq. Qatlana bilən kamera EVO, Insta360-ın saytında 420 dollara satışa qoyulub. HoloFrame-nin satış qiyməti isə 30 dollardır.