• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 26.03.2019 20:07

Gəncədə ilk dəfə cüdo üzrə universiada keçirilib

KepezTV Player

Gəncənin Avropanın İdman Şəhəri tituluna yiyələnməsi ilə əlaqədar daha bir yarış baş tutub. Bu dəfə Nizami yurdunda cüdoçular arasında universiada təşkil edilib. İlk dəfə olaraq paytaxtdan kənarda keçirilən yarış 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində reallaşıb. Sayca 14-cü universiadada müxtəlif çəki dərəcələrində 28 tatami ustası qüvvəsini sınayıb. Birincilikdə Gəncənin ali təhsil ocaqlarının tələbələri ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Neft və Sənaye Akademiyasının təmsilçiləri də iştirak ediblər.

Yarışın sonunda yer tutan idmançılara diplom təqdim edilib. Qeyd edək ki, Gəncədə cüdodan başqa universiadanın proqramına daxil olan daha iki idman növü üzrə yarış keçiriləcək. Mayda stolüstü tennis, oktyabrda isə şahmat birinciliyi təşkil ediləcək.

Orxan Cəfərzadə