• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 26.03.2019 20:38

Tələbələrə liderlik bacarıqları aşılanıb

KepezTV Player

80 tələbə "Tələbələrin Liderlik Akademiyası" adlı layihənin iştirakçısı olaraq Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzində təlimlərə cəlb edilib. Bu gün sona çatan 5 günlük təlimlər müxtəlif mövzuları əhatə edib. Akademiyaya seçilən tələbələr üçün film günləri, rayon turları, əyləncəli oyunlar və party-lər keçirilib. Eləcə də universitet təmsilçiləri liderlik qabiliyyətini formalaşdırmaq, təşkilatlanma və idarəetmə qabiliyyəti, lider iradəsi və bilik, dünyagörüşü, gözəl natiqlik və razısalma kimi bacarıqlarını da nümayiş etdmək imkanı əldə ediblər.

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı baş tutan təlim gənclərin komanda şəklində birgə işbirliyi ortaya qoymasına da vəsilə olub.

Təşkil edilən gecələrdə öz istedadlarını da nümayiş etdirən tələbələr təlimin yekunu "Tələbələrin Liderlik Akademiyası"nın məzun sertifikatına layiq görülüblər.