• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 26.03.2019 20:41

Gənc sahibkar qadınlar üçün yeni mərkəz yaradılıb

KepezTV Player

Sahibkarlıq fəaliyyətinə başlayan gənc qadın sahibkarların işi bir qədər də asanlaşıb. Atdıqları ilk addımın uğurlu olması, yarana biləcək çətinliyin tez bir zamanda dəf edilməsi üçün mərkəz yaradılıb. Təlim və məsləhət məqsədi daşıyan və respublikada ilk dəfə olaraq yaradılan mərkəzin rolunu elə iş adamları özü dəyərləndirəcək.

Sara Xudaverdiyeva iştirakçı:Mən Sahibkar Qadınlar İctimai Birliyinin üzvüyəm. Bu təlimlərdə iştirak edirəm. Belə təlimlərdə iştirak etmək mənim gələcək işimdə kömək edir

Sara Xudaverdiyevanın qatıldığı təlim Sahibkar Qadınlar İctimai Birliyinin nəzdində yeni yaradılan Gənc sahibkar qadınların təlim və məsləhət mərkəzi tərəfindən təşkil edilib.6 mindən çox üzvünün 60 faizi gənc xanımlar olan birliyin belə bir mərkəz təsisi etməsi daxil olan müraciətlərin nəticəsidir. Hüquqi və iqtisadi biliklərin artırılması üçün atılan bu addım qadın sahibkarlığının inkişafını hədəfləyir.

Elnarə Ələkbərova təlimçi:Təlimlərimiz olur. Layihələrə iştirakçı kimi dəvət edirik. Sertifkatlarla təmin edirik. Eyni zamanda peşəyə də yönəldirik, öyrənirlər. Biz isə həm hüquqi baxımdan, həmdə mənəvi baxımdan dəstək oluruq.

Təlimdə yeni faəliyyətə başlayan sahibkar qadınlar qarşılaşdıqları problemləri dilə gətirib və onların aradan qaldırılması üçün müraciətlər ediblər.

Zemfira Ağayeva "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri: 2021-ci ilə qədər bütün yoxlamaların dayandırılması, sahibkarlara dövlət tərəfindən dəstək verilməsi bu bizim sahibkarların ən birici uğurlarından biridir. Amma buna baxmayaraq problemlərimiz var. Mənə gələn şikayətləri nəzərə alsaq reklam agentliyindən şikayətlər var. Düşünürəm ki, bu danışıqlar yolu ilə reklam agnetlikləri də məlumatları olar ki, problemin aradan qaldırılmasına dəstək versinlər.

Gənc sahibkar qadınların təlim və məsləhət mərkəzi Gəncə ilə yanaşı Bakı fəaliyyət göstərir. Yaxın günlərdə Lənkəranlı zərif sahibkarlar da mərkəzin xidmətlərindən yararlana biləcək.

Elnur Vahidoğlu