• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1712
— 26.03.2019 20:33

Sürət qatarına tələbat gözləniləndən çox olub

KepezTV Player

Bakıdan Gəncəyə eləcə də əks istiqamətdə sərnişinləri 4 saat 15 dəqiqəyə mənzil başına, təhlükəsiz və rahat şəkildə çatdıran sürət qatarı bu günlərdə, iki şəhər arasında ən çox isitfadə olunan nəqliyyat vasitələrindən olub. Hər iki istiqamət üzrə gün ərzində bir dəfə hərəkət edən qatara bütün biletlər tam satılıb.

xəzinədar:Qatar 100 faiz dolu gedir. Sərnişinlər rahat şəkildə gəlib bilet əldə edə bilirlər. Mənzil başınada rahat çatırlar. Əlavə vaqonların qoşulmasıda çox yaxşı oldu. Çünki tələbat çox idi. Həmin vaqonlarda tam dolu gedir.

Sinifindən asılı olaraq 10, 50 və 100 manat olan biletlərin, biznes sinifi üçün nəzərdə tutulan yerlərin qiyməti 50 manatdan 25 manata endirilib. Martın 31-nə kimi davam edəcək endirimli qiymətdən sərnişinlər maksimum yararlanmağa çalışır.

Ceyhun Əsədov sərnişin:Mən özüm tələbəyəm. Bakı Biznes Universitetinin oxuyuram. Hal-hazırda bilet almağa gəlmişəm. Sabahdan  təhsil başlayır. Yerlər məhdud olduğu üçün mən əvvəlcədən onlayn bilet almışam. Bu gündə yola düşürəm.

Pərviz Surxanov sərnişin:Özüm Bakıdanam. Gəncəyə qonaq gəlmişəm. Bununla 3-cü dəfədir ki, sürət qatarından istifadə edirəm. Hər şey yaxşıdır. Qiymətləri salıblar aşağı, çox razıyıq. Içi çox təmizdi. Ailəvi istifadə etməyə dəyər.

Bakı-Gəncə-Bakı sürət qatarı ötən ilin dekabırın 29-dan sərnişinlərin istifadəsinə verilib.