• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 26.03.2019 20:31

Ticarət mərkəzi yanaraq külə döndü

KepezTV Player

Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Dükanlardan birində başlayan yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsinədək yayılıb.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 3 helikopteri cəlb olunub.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da hadisə yerinə gəlib.

Nazir yanğından zərər çəkən sahibkarlara dəyən ziyan barədə də danışıb.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı sağ əlin kəsilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.