Görüntülər Gəncənin 28 may küçəsindədir. Şəhər sakini 23 yaşlı Ayxan Məmmədovun sükanı arxasında olduğu “Mersedes” yüksək sürətli hərəkəti və yaratdığı qəza şəraiti Təhlükəszilik şəhər kamerası vastiəsilə qeydə alınıb.
Kameraların yaddaşına həkk olan bu hadisə isə Atatürk prospektində qeydə alınıb. Sürücüsü Daşkəsən sakini Novruz Məmmədov olan VAZ 21011 digər hərəkət iştirakçılarına real təhlükə və yol qəzasının baş verməsinə əsas yaradır.
Novruz Məmmədov saxlanılan şəxs:Gəzintiyə çıxmışdım. Bilirəm digərlərinə təhlükəlidir. Əməlimə görə peşmanam.
Gəncənin Heydər Əliyev prospektində, baş meydanın qarşısında edilən bu avtoxulqanlıq isə bayram günündə gəzintiyə çıxan əhalinin həyatı üçün təhlükəli anlar yaşadıb.
Nicat Seyidzadə saxlanılan şəxs:Peşmanam oldu həqiqqətən gərək olmazdı. Məni onu bilridim ki o meydançaya çıxmaq olmaz. Həqiqətən böyüklərə və xalqımıza qarşı hörmətsizlik etmişəm. Onuda burada yatdığım günlərdə başa düşdüm.
Məhkəmin qərarı ilə hər üç şəxs bir illik sürücülük hüqundan məhrum edilməklə sutkalıq həbs cəzası alıblar. Avtomobilləri isə cərimə meydançasına aparılıb.
Samir Quliyev Gəncə Şəhər DYP Şöbəsinin inspektoru:Sürücülərdən tövsiyyəm budur ki, belə kobud qayda pozntularına yol verməsinlər. Əgər hər hansı bir qayda pozuntusuna yol verilərsə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq qanuna müvafiq tədbir görüləcəkdir.
Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin konstruksiyasına dəyişiklik edən bir sürücüləri də cərimələyib. Həmin şəxslər də avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.
- Baxış: 2607