• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 25.03.2019 18:27

Cüdoçuların Göygöl toplanışı davam edir

KepezTV Player

Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət Azərbaycan yığması, eyni zamanda ölkəmizin paralimpiya millisi birgə təlim-məşq prosesini davam etdirir. Kimano ustaları Göygöl Olimpiya İdman Kompleksində hazırlaşırlar.

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdoçular martın 15-dən Göygöldə toplanış keçirlər. Kişilərdən ibarət əsas yığma baş məşqçisi Ruslan Maşurenkonun, gənclərdən ibarət komanda isə baş məşqçi Elçin İsmayılovun rəhbərliyi ilə məşq edir.

Tatami ustaları gündə iki dəfə hazırlığa çıxılar. Səhər məşqləri fiziki hazılığın, dözümlülüyün  artırılması üzərində qurulub. Günortadan sonrakı təlimlərdə isə əsasən taktiki və texniki hazırlığa diqqət yetirilir.

Cüdoçuların əsas hazırlığı iyunda Minskdə təşkil olunacaq Avrpa Oyunlarına yönəlsə də, bu yarışa kimi yığma üzvləri bir neçə turnirdə iştirak edəcəklər. Sınaq xarakterli ilk yarış həftəsonu Tbilisidə olacaq. İdmançılar Gürcüstanda Qran-Pri qüvvələrini sınayacaqlar. Komandamız qonşu ölkədə ikinci heyətlə təmsil olunacaq. Gürcüstan paytaxtına 14 cüdoçu yollanacaq.

Əsas yığmanın üzvlərindən fərqli gənc tatami ustalarımız gələn ay tatami üzərinə çıxacaqlar. Cüdoçular aprelin 6-7-i tarixlərində

İtaliyada reallaşacaq Avropa kubokuna qatılacaqlar. Qitə kubokunda Azərbaycan adına 13 idmançı yarışacaq.

Azad Rəfi