• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 25.03.2019 17:16

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 6 ədəd mobil telefon aşkarlanıb. Digər bir məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "QAZ 31105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan 8 mobil telefon aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.