• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 25.03.2019 18:13

Gəncədə oğurluq faktlarının üstü açılıb

KepezTV Player

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb. Kəpəz RPİ-nin əməkdaşları isə rayon ərazisindəki gözəllik salonlarının birindən 800 manat pul və 1 evdən geyim və məişət əşyaları oğurlamaqda sübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İbişov soyadlı şəxsi saxlayıblar. Daha bir əməliyyatla rayon ərazisindəki evlərin birindən 520 manat oğurlamaqda sübhəli bilinən Gəncə şəhər sakini Quliyev yaxalanıb. Faktlarla bağlı araşdırmalar aparılır.