• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 25.03.2019 18:12

Bayramı qarşılamaq üçün daha çox hansı bölgələr seçilib?

KepezTV Player

Gəncə sakinləri bayram günlərində daha çox ölkə daxilində istirahətə üstünlük verib. Bayram istirahətini Gəncədə keçirmək istəyənlərin də sayı az olmayıb. Ekspertlər Nizami yurduna gələn və istirahət məqsədilə şəhərdən gedənlərin sayında ötən illə müqayisədə artımın müşahidə edildiyi qənaətindədirlər.
Gəncədə fəaliyyət göstərən turizm şirkətlərindən aldığımız məlumata görə, Novruz bayramı günlərində şəhərə yerli tursitlərlə yanaşı İran, Türkiyə və Rusiydana gələnlərin sayı çoxluq təşkil edib. Bununla yanaşı Gəncə sakinləri istirahətini ölkədaxilində keçirməyə daha çox üstünlük veriblər, nəinki xaricdə. Turizm eksperti Zaur Bayramovun sözlərinə görə, bu istirahət günlərində müraciətlər ən çox Şəki, Qəbələ, Qax, Quba və Qusar istiqamətlərinə olub. Xaricə gedən vətəndaşlarımız isə daha çox Türkiyə seçimini ediblər.

Zaur Bayramov - turizm eksperti: Əsas istqamətlər fəsildən fərqli olaraq Türkiyənin daha çox İstanbul şəhərdiri. Bir qism turist Avropa və qonşu Gürcüstana istirahətə gedirblər. Yay fəslindən asılı olaraq göstərici çox aşağıdır. Ancaq buna baxmayaraq bu fəsildə yerli və xarici ziyarətçilər Göygölü ziyarət ediblər.

Apardığımız sorğu zamanı istiahəti ən çox ölkədaxilində etmək istəyənlər üstünlük təşkil edib. Bu həm mövsümlə, həm də Novruz bayramının Azərbaycanda daha izdihamlı keçirilməsi ilə bağlı olub.

Eldar Əliyev - turist: Gəncənin havası çox yaxşıdır. Bundan sonra mən istirahətlərimi gəncə şəhərində keçirim.Şəhərin dağəyəti olması buranın havasını əvəzedilməz edib. Buranın insanlarıda çox mehriban və qonaqpərvərdir.

Kamran Əhmədov - şəhər sakini: Novruz bayramını Gədəbəy rayonunda istirahət elədim, çox gözəl idi. Gəncənində çox sevirəm. Pulum olsa gələn istirahətimi Türkiyəyə getməyi planlaşdırıram.

Turizm şirkətlərindən aldığımız məlumata görə, daxili turlar bu mövsüm üçün bir günü 30-50 manat, xarici turlar isə 3, 7 günlük 500-1200 manat arasında dəyişir.