• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 20.03.2019 12:27

Cüdoçular Göygöldə toplanış keçir

KepezTV Player

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar. Tatami ustaları yerli Olimpiya İdman Kompleksində məşq keçirlər.

Hazırlıqda kişilərdən ibarət əsas yığmanın cüdoçuları ilə yanaşı, gənclər yığması və paralimpiyaçılar iştirak edir. Məşq prosesinə 70-dən çox idmançı qatılıb. Son illərdə kimano ustalarının Göygölə gəlişi ənənəvi xarakter alıb. Belə ki, yığma komandanın üzvləri artıq 4-cü dəfə burada toplanış keçirlər.

Ruslan Maşurenko kişilərdən ibarət əsas yığma komandanın baş məşqçisi  “Biz bu bazanı təsadüfən seçməmişik. Burda lazım olan hər cür şərait var. Bizim üçün bütün imkanlar yaradılıb. Komandamıza yaxşı məşq keçməyə, istədiyimiz kimi hazırlaşmağa əlverişli mühit formalaşdırlıb. Məşq planına əsasən, toplanış cüdoçular üçün baza xarakteri daşıyır. Qarşıda Minskdə keçiriləcək Avropa Oyunları var. Bu oyunlar çərçivəsində qitə çempionatı olacaq. Bütün hazırlığımız buna uyğun qurulub”.

Təlim – məşq toplanış idmançıların ümumi fiziki hazılığın artırılmasına hesablanıb. Cüdoçular səhər və axşam olmaqla gündə iki dəfə məqş edirlər. Fiziki çalışmalarla yanaşı, taktiki və texniki hazırlığa da diqqət ayrılır.

Avropa Oyunlarına kimi cüdo yığmamız Tbilisi və Antalyada keçiriləcək Qran-Prilərdə iştirak edəcək. Tatami ustaları həmçinin Bakıda təşkil olunacaq “Böyük Dəbilqə” turnirində güclərini sınayacaqlar.

 

Azad Rəfi