• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 20.03.2019 12:20

Gənclər arasında bilik yarışı keçirilib

KepezTV Player

Gəncədə “Novruz kuboku 2019” açıq Gəncə birinciliyi intelektual bilik yarisi keçirilib. Yarış Gəncə şəhər Gənclər və İdman İdarəsi, Gənclər evi və Gəncə İntellektual Oyunlar Klubu təşkilatçılığı Novruz bayramına həsr olunub. Burada Gəncə ilə yanaşı Ağdaş, Bərdə, Mingəçevirdən gənclərdən ibarət komanlar da iştirak edib. 20-ə yaxın komandanın qatıldığı yarışda hər komandada 5 nəfər iştirak edib. İki turdan ibarərət olan bilik yarışında tərəflərə 36 sual təqdim edilib və iştirakçıları cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib. Yarışda qalib komandaya kubok, hər iştirakçı komandanın üzvlərinə isə sertifkatlar verilib.

Natiq Salahov - Gəncə İntelektual klubunun sədri: Əsas məqsədimiz həmişəki kimi gənclərin intelektual səviyyəsini artırmaq, asudə vaxtını səmərəli istifadə etməkdi. Çalışırıq ki, gənclərimiz savadlı və intelektual olsunlar.

İlqar Quliyev - iştirakçı: Bu kimi tədbirlərə gəlmədən öncə hər zaman düşünürük ki, biliyimizi artırmaq lazımdır ki, burada uğur qazanaq. Bir tərəfdən də öyrəndiklərimizi bu kimi tədbirlərdə istifadə edərək müəyyən sertifkatlar qazana bilirik ki, bu da bizim gələcək iş imkanlarımızda müəyyən rol oynayır.