KepezTV Player
“Azərpoçt” martın 20-dən 26-a qədər bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib. Bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək. İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyatı üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.
- Baxış: 424