• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 19.03.2019 16:36

Xüsusi qayğıya ehtiyyacı olanlar diqqətdən kənarda qalmadılar

KepezTV Player

Bahar bayramı - Novruzun gəlişi münasibətilə Gəncədə ata-ana nəvazişindən kənar qalan uşaqlar da yaddan çıxmayıb. Gəncə uşaq evinin sakinləri üçün təşkil edilən bayram gecəsində ləziz təamlar, şən musiqilər, məzəli səhnəciklər, rəqslər bir-birini əvəzləyib. Bayramı səbrsizliklə gözləyən, gəlişinə hər kəsdən daha çox sevinənlər uşaqlar tədbirdə o ki var əylənib, şənləniblər. Xüsusi qayğıya ehtiyyacı olan uşaqlara kimsəsiz olduqları unutdurulub, Novruz şənliyində keçəl və kosanın iştirakı ilə xoş anlar yaşanıb.