• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 19.03.2019 16:25

Bilet almağa tələsək, ya yox?

KepezTV Player

Sabahdan başlayan 7 günlük qeyri-iş günü ilə əlaqədar Gəncə Dəmiryol vağzalının iş qrafikində dəyişiklik edilib. Əhalinin vaxtında mənzil başına çatması üçün qatarlarda ehtiyat tədbirləri gücləndirilib, sərnişin sıxlıq müşahidə olunmasın deyə bütün qatarlara əlavə vaqonların qoşulması üçün tədbirlər görülüb. Sərnişinlərin daha çox üz tutduğu avtovağzalın da işi normal qaydada davam edir.Süni qiymət artımına yol verməmək üçün qabaqlayıcı tədbirlər görülür.

Akif Dadaşov sərnişin: Gəlmişəm biletimi alamağa, hansı vaxta istəyirsənsə bilet də var.  Heç bir narahatçıqlıq yoxdur.

Əyyub Qəmbərəliyev sərnişin: Gəncəyə bayramla əlqədar olaraq qızımı görməyə gəlmişidim, indi qayıdıb İmişliyə gedirəm. Həmişə bileti 6 manata almışam bu gündə həmin istiqamətə 6 manat aldım hər şey öz qaydasındadır.