• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 19.03.2019 12:10

Mülkiyyətə çıxarışların elektron formada təqdim olunması təklif edilir

KepezTV Player

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur. Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilir, yaxud digər elektron üsulla hüquq sahibinə göndərilir. Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.