• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 19.03.2019 12:26

Niyyətləri hasil edən bayram gəlir...

KepezTV Player

Novruzu digər bayramlardan fərqləndirən və bizə sevdirən cəhət bu bayramda çoxlu adətlərin, mərasimlərin, maraqlı oyunların olmasıdır. Elə bu gün bu adətlər, inanclar barədə danışacağıq. Çünki bu gün ilaxır çərşənbədir - yəni torpaq çərşənbəsi. Uşaqdan böyüyə hər kəs bu çərşənbəni səbirsizliklə gözləyir və ona qabaqcadan müəyyən hazırlıq görürlər. Lakin etiraf etmək lazımdır ki, müasir dövrdə həmin adətlərdən heç də hamısına riayət olunmur. Görəsən, niyə? Hansı Novruz adətlərini qoruyub saxlamışıq, hansıları unutmuşuq? Bu sualların cavabını folklorşünasdan eşidək.

Ruziyyə Quliyeva - folklorşünas: Gəncədə ilaxır çərşənbə ilə bağlı bir adət olub, amma indi o unudulub. “Vur-çatlaısn” sözünü indi də işlədirik. Bu heç də təsadüfi deyil. Deyirik getdim, gördüm bir vur-çattlasın var gəl, görəsən.... O zaman adamlar ilaxır çərşənbədə evdə olan köhnə, çat qabları yığıb, dəyirmanın püştəsinə, su tökülən yerinə aparıb, orda sındırıblar”.