Bu günə xəbərlərin oxunma sayı: 2194
— 18.03.2019 15:26

Daşkəsən və Göygöldə qar ehtiyatı artıb

KepezTV Player

Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hər il yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə mart ayında Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır. Qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580–2920 m və 1000-3000 m yüksəklikləri əhatə edib. Bu il Kiçik Qafqazda -Daşkəsən və Göygöl rayonlarında qar ehtiyatı ötən ilə nisbətən çox olub.