• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 18.03.2019 15:28

Heroin keçirmək istəyən İran vətəndaşı qaçdı

Gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə - heroin aşkar edilib. Biləsuvar gömrük postunda İran şirkəti tərəfindən Azərbaycandan tranzit keçməklə Gürcüstana aid şirkətə göndərilən "daş bloklar" yükü daşıyan yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib. Şübhəli cizgilər müşahidə edildiyindən daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Bu zaman İran vətəndaşı olan sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İranın Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub. Beləliklə, yoxlanılan iki yük avtomobilindən aşkar edilən 306 kq 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.