• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 18.03.2019 15:40

"Şəbəkə biznesi" yaradaraq çoxsaylı vətəndaşları aldadıblar

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlarının iştirakı ilə keçirdiyi əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında «şəbəkə biznesi» yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib. Bakı sakini Kənan Mustafazadə, Qırğızıstanda anadan olan Rəfail Taştəmirov, Lənkəran sakini Xəyal Yaxyayev, Gəncə sakini Müslüm İsmayılov, Qəbələ sakini Araz Qasımov və qeyriləri ötən ilin iyununda internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «İnvestsland» investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş «şəbəkə biznesi» yaradıblar. Onlar əslində mövcud olmayan «BeardyCoin» adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin ABŞ-da yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycandakı rəsmi nümayəndələri kimi təqdim edərək «investisiya paketi» adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirblər. Şəxslər qurduqları «şəbəkə biznesi»nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş «BeardyCoin» adlı kriptovalyutanı 700 min ABŞ dollarına satıblar. Dəstə üzvlərinin ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Onların paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Fakt üzrə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib.