• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 18.03.2019 12:31

Prezident sərəncamının icrası yekunlaşıb

KepezTV Player

Ölkə başçısının imzaladı əfv sərəncamı Gəncə və Goranboyda yerləşən Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrində də icra edilib. Hər iki müəssisədə üzrə ümumilikdə 25 məhkum azadlığa çıxaraq Novruz bayramını ailələri ilə birgə qeyd edəcəklər.
 

Əbülfət Əliyev - keçmiş məhkum: Avtoqəza ilə tutulmuşdum, 6 il iş almışdım. 4 il yarım cəzamı çəkmişəm. 1 il yarımımı möhtərəm prezidentimiz əhv elədi. Bayram günün də bizi ailəmizə qovuşdurdu.

Əbülfət Əliyev Gəncədə yerləşən Ədliyyə Nazirliyinin 5 saylı Məntəqə Tipli Cəza Çəkmə Müəsisəsindən azadlığa buraxılan 5 məhkumdan biridir. Müəssisədə artıq keçmiş məhkumlarla keçirilən görüşdə imzalanan sərəncamın Novruz bayramı ərəfəsində əsl hədiyyə və növbəti hümanist addım olduğu vurğulanıb. 5 saylı Məntəqə Tipli Cəza Çəkmə Müəsisəsindən əfv olunan 5 nəfərə azadlığa çıxmaları barədə arayışlar təqdim olunub.

Səbuhi Abbasov - Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri: Əhv inistitutu ümumiyyətlə humaniz siyasətinin əsas istiqamətlərindən biridir.Bu artıq 65-ci əhv sərəncamıdır və yubley sərəncam kimi də qeyd oluna bilər. Bu bir daha göstərir ki, məhkum edilmiş şəxslərə dövlət tərəfindən ikinci şans yaradılır. Onlar cəmiyyətə qayıtsın, islah olunsun bütövlükdə cəmiyyətdə həmrəylik təmin olunsun.

Asif Quliyev - 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi: Onların birinci növbədə əhv komissiyasına müraciətləridir. Həmçin müəsisənin onlar haqqında müsbət xasiyyətnamələrin verilməsidir. Məhz onun nəticəsidir ki, həmin şəxslərə əhv sərəncamı şamil olunur. Tövsiyyə vermişik ki, məhkumlara hər zaman dövlətimizə dövlətçiliyimizə sadiq olsunlar. Gələcəkdə bu cür əhv sərəncamlarının ənənə halının davam etməsini arzu edirik.

Ölkə başçısının imzaladığı məlum sərəncamı 10 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinin məhbuslarına da şamil olundu. Belə ki, müəsisənin 20 məhbusu öz azadlığına qovuşub.

Goranboyun Dəliməmmədli şəhərində yerləşən Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum edilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsindən danışılıb. Bu istiqamətdə ardıcıl olaraq addımlar atıldığı, sərəncamlar imzalandığı vurğulanıb. Qanunvericiliyin təkmilləşdirilməsi, humanistləşdirilməsi istiqamətində tədbirlərin əhəmiyyəti qyed edilib.

Elçin Məmmədov - 10 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi: Bu müəsisədə cəza çəkən məhkumlar nizamintizam qaydalarına riayət edən məhkumlardır.Ailə vəziyyətləri, törətdikləri cinayətdən peşimançılıqları nəzərə alınaraq 20 nəfər məhkum cəzadan tam azad edilib.

Ruslan Qasımov - keçmiş məhkumun qardaşı: Mənim qardaşım Qasımov Rafiz məhkum idi. 3 il 11 ay cəzasını çəkmişdi. Vaxtının qurtarmasına 7 ay qalmışdı. Televizorda eşidəndə sevincimizin həddihüdudu olmadı. Biz valideynlər qardaşlar kimi burda çoxlarının sevincinin həddihüdudu yoxdur.

Müəssisədən azadlığa buraxılan 20 məhkuma azadlığa çıxarışları verilməklə onlar da azad həyata davam ediblər.

 

Natiq Hüseyn

Elnur Vahidoğlu