• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 18.03.2019 12:29

“Dədə Şəmşir saz-söz bayramı”

KepezTV Player

Aşıq Şəmşir yaradıcılığının özünə məxsus xüsusiyyətləri, onun qeyri-adi səsinin, çalğısının, şairliyinin heç kəslə müqayisə edilməməsi barədə “Dədə Şəmşir saz-söz bayramı” adlı tədbirdə danışılıb. Yaradıcılığında Dədə Qorquddan üzü bəri Azərbayacan aşıqlığının bütün mahiyyəti əks olunan aşığın 70-dən çox saz havasının yazıya alınaraq tədqiq olunduğuna diqqət çəkilib. Onun şerlərinin Azərbaycan aşıqlığında bayatıdan tutmuş müxəmməsə qədər hamısını əhatə etdiyi vurğulanıb. Dədə Şəmşirin öz aşıq məktəbini yaratdığı, Kəlbəcər aşıqlarının ifasında təqdim edilən gecənin buna misal olaraq göstərmək olar. Aşıqlar, Aşıq Şəmşirin yaradıcılığından nümunələri təqdim ediblər. Mədəniyyət Nazirliyinin dəstəyi, Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir qrup aşığa diplom və xatirə hədiyyələri təqdim olunub.

Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri: Dədə Şəmşir Saz-söz bayramının ənənəvi olaraq hər il Novruz bayarmından bir az qabaq bayram günlərindən öncə Dədə Şəmşirin doğum günündə gerçəkləşdirilməsidir. Onun ilkin addımını bu gün biz Göygöldə və Gəncədə gerçəkləşdirdik.Davamını isə Azərbaycanın ən müxtəlif bölgələrində Qazaxda, Tovuzda, Gədəbəydə, Şamaxıda, Naxçıvanda Dədə Şəmşir günlərini gerçəkləşdirəcəyik.

Fətulla Göyçəli - əməkdar mədəniyyət işçisi: Mənim özümüm 60 yaşım var, hələdə onun yazdığı şerlərdən dərs alıram. Bütün aşıqlar onun elə şeri yoxdur ki, elə müxəmməsi yoxdur ki, ona nəzər salmasın, ondan öyrənməsin.

 

Elnur Vahidoğlu