• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 18.03.2019 12:03

Avtomobil oğrusu saxlanıldı

KepezTV Player

Paytaxt sakini Aygün Abbasovanın “Mersedes” markalı avtomobilini oğurlayan şəxs ələ keçib. Belə ki, Bakı sakini Vüqar Əkbərov özünə məxsus “VAZ- 2115” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb və idarə etməyə başlayıb. Xətai Rayon polis idarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin üstü açılıb.