• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 18.03.2019 12:34

Qazaxın sərhəd kəndlərində evlərin dam örtükləri yenilənəcək

KepezTV Player

Qarşıda təqdim edəcəyimiz material da müharibənin acı nəticələrini hər gün öz gündəlik həyatlarında yaşayanlar barədə olacaq. Belə ki, Novruz bayramı ərəfəsində Qazaxın Quşçu Ayrım kənidinin sakinləri xaricdə yaşayan iş adamlarının yardımından bəhrələniblər. Kənddə düşmən gülləsindən yararsız hala düşən 193 evin dam örtüyünün dəyişdirilməsi üçün inşaat materialları göndərilib. Rayon rəhbərliyi ilə yerli sakinlərin görüşündə dövlət tərəfindən həyata keçirilən sosial layihələrlə yanaşı bu kimi xeyriyyə tədbirlərinin də əhəmiyyətinə toxunulub. Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun 5 kəndinin mütəmadi olaraq erməni silahlı birləşmələrinin atəşinə məruz qaldığı xatırlanıb. Bunun nəticəsində kəndlərdə bir sıra sosial obyektlərə və fərdi evlərə ziyan dəydiyi diqqətə çatdırılıb.

Yusif Nəbiyev - kənd icra nümayəndəsi: 1988-ci ildən bu günədək kəndimiz daim atəş altındadır. Evlərin dam örtüyü zədələnib. Bununla əlaqədər olaraq 3 minə ədədə yaxın şifer göndərilib bə əhalimizə paylanacaq. düşmən gülləsinə tuş gəlir. Bizim kəndimizdə 193 ev var. Evlərin əksəriyyətində dam örtükləri yararsız haldadır. Onun üçün 3 minə yaxın şifer gətirilib və dam örtükləri yararsız olan ailələrə paylanacaq.

 

Natiq Hüseyn