Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarlarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Xidmət əməkdaşları şəhid İlham Məmmədovun ailə üzvləri ilə görüşüb onların qayğı və problemləri ilə maraqlanıblar. Şöbə rəisi Elşən Abbasov qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb. Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan danışılıb, ailəyə bayram sovqatı təqdim olunub. Xidmətin Kəpəz rayon şöbəsinin əməkdaşları şəhid İlham Əhmədovun ailə üzvlərini də bayram günündə sovqatla sevindiriblər. Görüşdə şəhidin döyüş yolundan danışılıb, nahaq qanın yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub. Bayram ərəfəsində şəhid ailələri ziyarət edilərək onların qayğı və təklifləri dinlənilib.
Natiq Hüseyn
- Baxış: 1038