Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Hollandiyanın Gemalto şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır. Bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək: Britaniyanın Natwest bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq. Gemalto şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı məlumatlar yalnız kartda saxlanılır: deməli, hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.
- Baxış: 568