• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 16.03.2019 18:29

Etibar İbrahimov Almaniyaya yollanır

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov I Divizionda yaranan fasilə dövründən yararlanaraq Almaniyaya yollanacaq. Çalışdırıcının Mərkəzi Avropa ölkəsinə səfəri işgüzar xarakter daşıyacaq. Belə ki, İbrahimovun Almaniya səfəri vaxtilə ölkəmizdə işləmiş hazırda isə “Ayntraxt Frankfurt”da beynəlxalq əlaqələr üzrə menecer olan Nikolay Adamın dəvəti ilə reallaşacaq. Məşqçi Almaniyada olduğu müddətdə klubunun düşərgəsinə baş çəkərək müasir futbolda tətbiq olunan yeniliklərlə tanış olub bilgilər əldə etməyə çalışacaq. Gənc mütəxəssisin Frankfurt klubunun baş məşqçisi Adi Xyutterlə görüşü planlaşdırılıb. Əsas komandanın məşqlərini izləyəcək  İbrahimov  klubun akademiyasının fəaliyyəti ilə də maraqlanacaq. Mütəxəssis həmçinin, Bundesliqanın 26-cı turu çərçivəsində keçiriləcək  “Ayntraxt Frankfurt” – “Nürnberq” matçını stadiondan izləyəcək. Xatırladaq ki, bu, İbrahimovun Almaniyaya ilk səfəri deyil. O, bir neçə dəfə bu ölkədə ixtisasartırma kurslarında olub. 

Azad Rəfi