• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 16.03.2019 12:18

Qazaxıstan vətəndaşı narkotikə görə saxlanıldı

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi yaxalayıblar. Daxil olan məlumat əsasında keçirilən əməliyyatla Qazaxıstan vətəndaşı əvvəllər məhkum  olunmuş Sahil Həsənov 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.