Bu gündən Gəncədə martın 21-dək davam edəcək kənd təsərrüfatı məhsullarının satış yarmarkası öz işinə başlayıb. “Novruz - 2019” yarmarkası ötən şənbə və bazar günləri olduğu kimi şəhərin Şeyx Bahəddin küçəsində reallaşıb. Yarmarkaya fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı malları, mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə eləcə də digər məhsullar alıcılara təqdim edilib. Yarmarkada ayrılan 16 povilyonda yerlər istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılmaqla, yəni heç bir haqq ödəmədən təqdim edilib. Yarmarkada təklif edilən məhsulların keyfiyyətinə nəzarət edilir.
Məmməd Allahyarov alıcı:Çıxmışam bu gün yarmarkaya, çox gözəl qiymətlərdi. Keyfiyyətli mallar satırlar. Bazara baxanda çox ucuzluqdu. Allah bu şəraiti yaradanların canını sağ eləsin, prezidentimizə kömək olsun. Əladı hər şey hamının bayramını təbrik edirəm.
Ural Nəbiyev satıcı:Almışıq ucuz qiymətə, ucuz qiymətədə satırıq. Alıcılarda məmnundu.
- Baxış: 615