• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 15.03.2019 15:13

Metamfetamini onlayn sifariş verdi, əməlinin üstü açıldı

KepezTV Player

Xətai Rayon Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat keçiriblər. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Kürdəmir rayon sakini Namiq Cəbrayılov tutularaq istintaq təqdim edilib. Müəyyən olunub ki, Cəbrayılov onlayn ödəmə terminalları vasitəsi ilə pul köçürərək psixotrop maddə olan metamfetamin alıb. Narkotik vasitənin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, “Baba” kimi tanınan şəxs tərəfindən təşkil edilib. Həmin şəxs müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman preparatları və narkotik maddələr almağı təklif edib. Sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona pay-point vasitəsilə ödənilib. Vəsait hesaba köçürüləndən sonra narkotik vasitələr, eləcə də psixotrop maddələr əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil verilib. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.