• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 15.03.2019 15:10

Avtomobillərin şüşələrini sındırıb oğurluq etdi

KepezTV Player

Bakıda avtomobillərdən oğurluqlar edən şəxs yaxalanıb. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb. Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq salondan pul, telefon və digər qiymətli əşyalar götürdüyü məlum olub. Tağıyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb.