• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 15.03.2019 12:06

4 övlad anası su çənində boğulub

KepezTV Player

Astarada 34 yaşlı qadın su çənində boğulub. Bədbəxt hadisə rayonun Artupa kəndində baş verib. Yerli sakin Xəyalə Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər. Məlum olub ki, Xəyalə Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiziya və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Xəyalə Kazımovanın 4 övladı var. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.