• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 15.03.2019 11:27

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

KepezTV Player

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib. Təlimlərin nəticələrini təhlil edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşıya qoyulan vəzifələrin tam həcmdə icra olunduğu və plana uyğun olaraq qoşunların irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.