• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 15.03.2019 11:03

Toyota Hiace 15 ildə ilk dəfə dəyişdi

Toyota korporasiyası Filippində yeni nəsil Hiace mikroavtobus və furqonlarını təqdim edib. Model xarici bazarlar üçün nəzərdə tutulub. Keçən nəsil maşınlar 15 il müddətində istehsal olunmuşdu. Yenisi əvvəlkindən kapotsuz sxeminə görə seçilir. Onun indi yarıkapot sxemi var. Maşın tamamilə yeni platforma əsasında ərsəyə gəlib. Bu platforma “Korolla” və iri Lexus LS sedanı kimi avtomobillərdə tətbiq olunur. Yeni Toyota Hiace furqon və 17 yerlik mikroavtobus versiyasında olacaq. Kuzovun uzunluğu iki ölçüdə olacaq: 3,2 metr və 3,8 metr. İki mühərrik təklif olunur: 4 silindrli 2,8 litrlik dizel və 3,5 litrlik V6 benzin.