• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 14.03.2019 20:56

İlham Səmədov - ömrünü uşaq futboluna həsr edən insan!

KepezTV Player

Gəncənin uşaq futbolunda Konstantin Abramenko, Tofiq Əliyev, Fuad İsmayılov və digərlərinin əsasını qoyduğu məşqçilik məktəbinin layiqli davamçıları var. Onların ənənəsini müəyyənləşdirdiyi yolu tutub irəliləyən mütəxəssislərdən biri də İlham Səmədovdur.

Ömrünün 45 ilini tamamlayan İlham Səmədov bunun yarısını məşqçilik sənətinə həsr edib. O, 1997-ci ildən uşaq və yeniyetmələrə futbolun sirrlərini öyrədir. Bu illər ərzində Səmədovun məşq bölməsində 100-lərlə futbolçu yetişib. Həmin oyunçuların bəziləri indi müxtəlif klubların tərkində karyeralarını davam etdirirlər. 

İlham Səmədov yüksəlişdə olan məşqçi kimi Gəncənin uşaq futbolunda dəbi müəyyənləşdirən mütəxəssislərdəndir. Onun fəaliyyəti çoxşaxəlidir. İdman məktəbində və peşəkar klubda çalışmaqla yanaşı, Səmədov AFFA-nın layihələrində yaxından iştirak edib və bu gün bu istiqamətdə çalışır. Təsadüfi deyil ki, o, vaxtilə federasiyası tərəfindən futbolun təbliği məqsədilə hazırlanan sosial videoçarxın qəhrəmanı da olub.

Ümumiyyətlə, Səmədovlar Gəncədə futbolçu ailəsi kimi tanınır. İlham müəllim övladları “Kəpəz” şərəfini qoruyur.

23 illik məşqçilik fəaliyyəti dövründə İlham Səmədov addım-addım işini təkmilləşdirərək savad və bacarığını artırıb. İndi o, UEFA-nın B kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Peşəkar karyerasını erkən başa vursa da, İlham Səmədov “Turan”, “Şəmkir” və digər klublarda oynamağa imkan tapıb. “Kəpəz”də çıxış etmək arzusunu isə hazırda oğlanları həyata keçirir.

Azad Rəfi