Bu günə xəbərlərin oxunma sayı: 1041
— 14.03.2019 16:37

İsrafil Məmmədovun anadan olmasından 100 il ötür

KepezTV Player

Mirzə Abbas Abbaszadə küçəsində yerləşən bu ev muzeyi ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun evidir. Bu ev ona 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı aldıqdan sonra verilib. O, 1946-cı ilə kimi bu evdə yaşayıb. Hazırda isə ev onun adına muzey kimi fəaliyyət göstərir.

İsrafil Məmmədovu “Azərbaycan Pəhləvanı”, “Sovet bahadırı” adlandırırdılar. Bu ad o vaxtı bütün xalqın dilində əzbər, eləcə də qəzet və jurnalların birinci səhfələrinin məqalələrinin əsas başlıqlarında idi. Məmmədov ikinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa, şücaətə görə xalqın dilində əzbər olub. İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı isə 1941-ci ilin noyabırın 25-də verilib. Həmin gün isə Məmmədovlar ailəsində iki qat sevinc yaşanıb.

Füzuli Hüseynov İsrafil Məmmədovun bacısı oğlu: İsrafil Məmmədov dayım həmişə anamla söhbət edərkən deyərdi ki, ay bacı bu Füzulinin ayağının düşəridir ki, mən Sovet İttifaqı Qəhrəmanı oldum. Çünki 1941-ci ilin noyabırın 25-də mən anadn olmuşam həmin günü Novqorod vilayətində böyük qəhrəmanlıq göstərib SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı olub. Anamın söylədiyini deyirəm ki, hər zaman qucağıan alar əlinin içində gəzdirər və deyərdi ki, bu uşağın sayəsində qəhrəman olmuşam. Məndə həmişə olduğu kimi dayımı görən kimi keçib otururdum dizinin üstündə anam tənqid edirdi ki, a bala düş dayını incitmə o da deyirdi ki, bacı uşağa dəymə mən onu çox istəyirəm.

1942-ci ildə ikinci dünya müharibəsində qızğın gedən döyüşlərdə İsrafil Məmmədov ağır yaralanır. Onu hərbi qospitala göndərirlər və müailcə alıb sağaldıqdan sonra ona xidmət edən tibb bacısı ilə evlənir.

Füzuli Hüseynov İsrafil Məmmədovun bacısı oğlu:Bu ailənin də nəticəsində 1943-cü ildə İsrafil Məmmədovun əkiz qızları olur. Onlarla da bizim əlaqələrimiz uzun müddət davam etdi. Biz onlara Novqoroda gedirdik onlar bura gəlirdi. Sonralar aralar pozuldu vəziyyət dəyişdi, qohumların bəziləri rəhmətə getdi gediş-gəliş olmadı.

Bir vaxtlar İsrafil Məmmədovun yaşadığı bu ev isə 1985-ci ildən muzey kimi faəliyyət göstərir. Üç otaqlı evdə İsrafil Məmmədova aid 400-ə yaxın şəxsi əşya saxlanılır.

İsrafil Məmmədovun ev muzeyində onun bir çox şəxsi əşyaları qorunub saxlanılır. Bu şəxsi əşyalar içərisində onun ov tüfəngi, hərbi çantası, xəncəri eləcə də tapança qabı var ki, bu da muzeyə gələn ziyarətçilərin böyük marağına səbəb olur.

Eldəniz Babayev ev muzeyinin direktoru: Əksəriyyəti gənclər gəlir, qəhrəmanla maraqlanır. Nəinki burada İsrafil Məmmədovu o cümlədən onun müasirləri, 1941-45-ci illərdə Sovet İttifaqı qəhrəmanlarının təbliğatı gedir. Bizim indiki qəhrəmanlarımız, döyüşçülərimizin, qəhrəmanların da təbliğatını aparırıq.

Gəncə şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatının bir qrup üzvü isə bu il 100 yaşı tamam olan ilk Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun adını daşıyan evdə olublar. 22 yaşında sovet ittifaqının qəhrəmanı olan azərbaycanlı balasının ikinci dünya müharibəsində göstərdiyi igidlikdən, eləcə də şücaətindən söz açılıb.

Yusif Məmmədov Gəncə Şəhər Veteranlar Təşkilatının sədri:İsrafil Məmmədovun qəbri Xanbağında yerləşir. Hazırda onun qəbrinin üstündə eləcədə hec bir yerdə onun heykəli yoxdu. Yalnız onun adını daşıyan 27 nömrəli orta məktəbdə onun balaca büstü var. Mən Respublikanın Prezidenti İlham Əliyevdən xahişim ondan ibarətdir ki,  ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun heykəlinin büstünün qoyulması məqsədə uyğundu. Şəhərin rəhbəri Niyazi Bayramovdan xahişim ondan ibarətdir ki, yubley bütün məktəblərdə, müsisələrdə və hərbi hissələrdə tədbirləri keçirilsin Hazırda ölkəmiz müharibə şəraitindədir. Belə milli qəhrəmanlardan Sovet İttifaqı Qəhrəmanlarından örnək götürməliyik.

Tədbirdə həmçinin Veteranlar təşkilatının yaranmasının 30 illiyi ilə bağlı təşkilatın bir qrup üzvünə medallar təqdim edilib. Daha sonra iştirakçılar İsrafil Məmmədovun şəxsi əşyaları ilə tanış olub.

 

Elnur Vahidoğlu