Bu günə xəbərlərin oxunma sayı: 1021
— 14.03.2019 12:17

Qəzada üç nəfər yaralandı

KepezTV Player

Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib. "Niva" markalı avtomobilin sürücüsü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsini sola doğru manevr etdirərkən qarşıdan gələn "NAZ Lifan" markalı digər avtomobilin yoluna çıxıb. Nəticədə maşınlar toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülər və "Niva"nın sərnişini xəsarətlərlə Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.