• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 14.03.2019 15:18

“Barselona” və “Liverpul” son biletlərin sahibi oldu

KepezTV Player

İspaniyada "Barselona" Fransa "Lion"unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Hesabı 18-ci dəqiqədə penaltidən Lionel Messi açıb. 31-ci dəqiqədə qonaqlar ikinci topu qapılarından çıxarmalı olublar. Bu dəfə Filipp Koutinyo adını tabloya yazdırıb. Bu qol həm də ilk yarının nəticəsini müəyyənləşdirib. Gəlmələrdən 58-ci dəqiqədə Lyuka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 3 qol vurublar. 78-ci dəqiqədə özünün ikinci komandasının 3-cü qoluna imza atan Messi hesabı 3:1 edib. Digər iki qolu isə 81-ci dəqiqədə Xerard Pike və 86-cı dəqiqədə Usman Dembele rəqib qapısından keçirərək barsanın qələbəsində pay sahibi olublar. BU qalibiyyətlə kataloniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Gecənin Bavariya – Liverpul oyunu daha çox maraq kəsb edib. "Şalke"dən sonra münhenlilər də ingilislərə uduzaraq mübarizə dayandırıblar.  Almanlar evdə  1:3 hesabıyla məğlub olublar. Fasiləyədək tərəflər hərəyə bir dəfə fərqləniblər. Qonaqlardan Sadio Mane 26-cı dəqiqədə sükutu pozub. 39-cu dəqiqədə isə afrikalının komanda yoldaşı Joel Matip topu öz qapısına göndərib. İkinci hissədə üstünlüyü ələ alan "Liverpul" sanki doğma meydanda oynayırmış kimi rəqibi iki dəfə mərkəzə dəvət edib. 69-cu dəqiqədə Vircil van Deyk mersesaydlıları önə çıxarıb. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə dubl edən Mane qoyub. Beləliklə, iki oyunun yekununa əsasın Liverpul ¼ finala vəsiqə əldə edib.