• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 14.03.2019 12:35

Bəzi rayonlarda 9-cular imtahan verəcəklər

KepezTV Player

Dövlət İmtahan Mərkəzi martın 17-də ölkənin 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 33 min 54 şagirdin imtahan verməsi nəzərdə tutulub. Şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 10-dan etibarən çap edib götürə bilirlər. Məktəblilərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. Saat 11-d ə başlayacaq imtahan 3 saat davam edəcək. Şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.9-cu sinif buraxılış imtahanının birinci mərhələsində Şəmkirdə 2 min 644, Gədəbəydə 832, Ağstafada 928, Qazaxda 967, Tovuzda 2 min 76 şagirdin iştirakı nəzərdə tutulur.