• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2239
— 14.03.2019 12:27

Tələbələr tibbi müayinədən keçiriliblər

KepezTV Player

Gəncə Dövlət Universitetinin müəllim və tələbələri də ölkədə davam edən icbari dispanserizasiya aksiyasına qoşulub. Ümumi sağlamlıq vəziyyəti yoxlanılmaqla ali təhsil ocağının heyəti qızılca və məxmərəyə qarşı da peyvənd olunublar. Müxtəlif ixtisasdan olan həkimlər müayinəsindən keçən pedaqoji heyət .Eləcə də təhsilalanlar arasında ciddi və narahatçılığa əsas olacaq xəstəlik aşkar edilməyib. Profilaktik tibbi müayinə xəstəliyə yoluxmanın vaxtında qarşısının alınması ilə yanaşı, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.