• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 13.03.2019 16:02

Dəmiryol Novruz bayramı münasibətilə gücləndirilmiş rejimə keçib

KepezTV Player

“Azərbaycan Dəmir Yolları” Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələr səfərbər edilib. Sıxlığın artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Qatarlara bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara satış isə həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.