• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 13.03.2019 15:27

Şagirdlərin birinci sinfə elektron qəbulu başlayıb

KepezTV Player

Bu gündən övladları 1-ci sinfə gedəcək valideynlərin həyəcanı bir qədər də artıb. Çünki elektron qəbul və qeydiyyat prosesinə start verilib. Övladını istədiyi məktəbin şagirdi görmək istəyənlər elə ilk gündəcə istəyinə nail olmaq üçün müsabiqədə qeydiyyatdan keçəməyə tələsir. Təbii ki övladları ilə birgə.

Kompüter və mobil telefonda istifadə edərək qeydiyyatdan keçmək olar. Valideynlər Gəncə şəhər Təhsil İdarəsinə, eləcə də 5 məktəbdə yaradılan alternativ qeydiyyat mərkəzlərinə yaxınlaşmaqla da övladlarının 1-ci olmaq istəyini rəsmiləşdirə bilərlər.

Yasin Məmmədov - Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı: Şəhərimizdə 5 alternativ qeydiyyat mərkəzi var ki, bunlardan biri Gəncə şəhər təhsil idarəsində, digərləri isə 10, 16, 25, 26 və 41 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir. Müsabiqədən keçib müsbət rəy aldıqdan sonra onlar sistemdə yerləşir və 3 iş günü ərzində valideynlərin mobil telefonuna sms gəlir ki, övladınız məktəb, sinif seçmək imkanı qazandı. Müsabiqədə müvəffəqiyyət qazanmayan şagirdin valideyininə isə sms vasitəsi ilə bildirilir ki, siz yalnız Azərbaycan bölməsində məktəb sinif seçimi edə bilərsiz

Müsabiqə iştirak etmək üçün mektebeqeder.edu.az saytında qeydiyyatdan keçmək lazımdır. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Sistemə daxil olmaqla Azərbaycan bölmələri üzrə I sinfə şagird qəbulu, rus bölmələri üzrə isə qeydiyyat aparılır.

Nərgiz Mehdiyeva - psixoloq: Hazırlıq kurslarına cəlb olunan uşaqlar çox inkişaf edirlər. İstər oxumaqda, istər dünya görüşündə, həyat bilgisindən. Bir sözlə digər uşaqlardan çox fərqlənirlər. Müəllimlər üçündə çox asan olur belə uşaqlarla işləmək. Demək olar ki, bu uşaqlar 1-ci sinifə tam hazır olurlar.

2019-2020-ci tədris ili üçün Gəncədə 3 mindən çox birincinin məktəbə gedəcəyi planlaşdırılır. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur.