• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 13.03.2019 15:29

Gəncədə Nizami RPİ-nin əməkdaşları şagirdlərlə maarifləndirici görüş keçirib

KepezTV Player

Gəncədə Nizami Rayon Polis İdarəsinin əməkdaşları narkomaniya ilə bağlı maarifləndirici görüşü bu dəfə 38 saylı tam orta məktəbdə təşkil edib. «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda söhbət zamanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Sadıqov narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinin ciddi təhlükə mənbəyinə çevrildiyinə diqqət çəkib. Narkomaniyanın QİÇS və digər xəstəlikləri sürətlə yayılmasını stimullaşdırır, cəmiyyətin inkişafını ləngidir, ailə dəyərlərinin məhvinə səbəb olur. Dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atıldığı, işlə təminat, təhsil almaq və idmanla məşğul olmaq üçün zəruri şəraitin yaradıldığı vurğulanıb. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.