• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 13.03.2019 15:35

AGTA Gəncədə sahibkarlara təlim keçib

KepezTV Player

Təmizlik vərdişlərinə yiyələnmə, şəxsi gigiyena qaydaları, müəssisələrdə sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi, zərərvericilərlə mübarizə, kimyəvi vasitələrin düzgün istifadə. Bunlar Gəncədə sahibkarlarla "İstehsal və ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları" mövzusunda keçirilən təlimdə diqqət yetiriloən məqamlar olub.

Gəray Əhmədov - təlim iştirakçısı: – “Mövcud çatışmazlıqlar aradan qaldırılacaqdır. Bu günkü təlimdən biz bəhrələnərək daha səmərəli işlər görəciyik. Təlimdə dünya təcrübəsində biliklər əldə elədik. Biz öz növbəmizdə xidmət sahəmi zolan şadlıq sarayında qida məhsulları ilə bağlı mövcud təlimatlar tam yerinə yetiriləcəkdir”

Gündüz Hüseynov - təlim iştirakçısı: - “Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu günkü təlim zamanı marketlər şəbəkəsində məhsulların qəbulu, anbarda saxlanılması və rəflərdə düzülüşü zamanı məhsulların qonşuluq prinsipinə gözlənilməsi haqqında geniş məlumat verildi. Bu gündən sonra bizdə marketlərimizdə bu prinsiplərin geniş şəkildə tətbiqinə başlayacağıq.”

Bu kimi təlimlərin məqsədi müəssiləridə işləyən işçi heyyətinin əhaliyə göstərilən xidmət səviyyətini yüksəltmək, keyfiyyətin yüksəlməsinə nail olmaq, eləcə də qida təhlükəsizliyinin tələblərinin yerinə yetirilməsidir.

Seymur Qafarov - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aparıcı mütəxəssisi: “Ət məhsullarını daha uyğun şəraitdə kəsilərək istehlakçıya çatdırılması üçün uyğun tədbirlər görülür. Bunu üçün müvafiq yerlər və labaratoriyalar ayrılır. Novruz bayramı tədbirləri ilə əlqdəar olaraq təşkil olunan yarmarkalarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında satışa məhsullar çıxarılır. Bütün bunlar təhlükəsiz qida anlayışına kömək etmək üçün nəzrədə tutulub.”

İnteraktiv üslubda keçirilən təlimdə video materiallar təqdim olunub, iştirakçılar öz fikir və təkliflərini diqqətə çatdırıblar, suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.