• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 13.03.2019 14:59

Nadir Nəbiyev: “Uşaq futboluna təkan vermək istəyirik”

KepezTV Player

Regional Futbol Federasiyaları İctimai Birliyinin tərkibinə daxil olan təşkilatlardan biri də Qərb Regional Futbol Federasiyasıdır. Yaxınlarda bu qurumun konfransında federasiyaya yeni rəhbər seçilib. Nadir Nəbiyev 5 il müddətində öz dəsti-xətti ilə seçilən qərb futbolunun inkişafı üçün əmək sərf edəcək.

Nəbiyevin qarşısında çətin tapşırıq durur. Azərbaycan millisinin sabiq futbolçusu regionda futbolun inkişafına nail olmaq və klubların əvvəlki əzəmətini geri qaytarmaq üçün çox çalışmalıdır. “Turan Tovuz” klubunun icraçı direktoru vəzifəsini də tutan 38 yaşlı futbol fuksioneri qərb bölgəsində futbolun yenidən intibah dövrünə qədəm qoymasına şərait yaratmalıdır.

Nadir Nəbiyev qarşılarına əsasən uşaq futbolunun inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsini prioritet məsələ kimi qoyduqlarını deyib. Elə regiondakı istedadlı futbolçuları Tovuzda bir araya gətirəcək akademiya da bu işin tərkib hissəsi olacaq.

Qeyd edək ki, Qərb regional futbol federasiyası 5 rayonu əhatə edir. Bunlar Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazaxdır.

 

Orxan Cəfərzadə