• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 13.03.2019 12:09

Minik maşını avtobusa çırpılıb, yaralılar var

KepezTV Player

Bu xəbərimiz öncəki kimi ürəkaçan deyil. Paytaxtın Sabunçu rayonunda avtobus və minik avtomobili toqquşub. Zabrat qəsəbəsində “Mercedes” markalı avtomobil arxadan “107” nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü və sərnişini xəsarət alıb. Məlumata görə, "Mercedes"in sürücüsü qadın olub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. İlkin ehtimala görə, qəza minik avtomobilinin sürücüsünün günahı ucbatından baş verib. Hadisənin dəqiq təfərrüatları araşdırılır.