• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1909
— 13.03.2019 12:25

ADAU daha bir nominasiyanın sahibi oldu

KepezTV Player

Davam edək. Təhsil sahəsindən danışacağıq. “Məktəbguşəsi.az” saytının “Hansı Universitetdə payız imtahan sessiyası şəffaf keçirilir” sorğuda birinci yerə sahiblənən Azərbaycan Dövlət Aqrar Universitetinə birinci yerin nominasiyası təqdim edilib. Təqdimat mərasimində təhsil müəssisəsinin bütün uğurlarının, bazar rəqabətli kadr hazırlığının ilk növbədə şəffaf təhsil mühiti ilə bağlı olduğu vurğulanıb. Bu məqsədlə təsis edilən universitetdə yaradılan şərait və maddi-texniki baza dövlətin dəstəyi ilə həyata keçirilən işlərdəndir. Məqsədsə aqrar təhsilin inkişafına təkan vermək, beynəlxalq təhsil müəssisələri ilə rəqabət aparacaq bazaya, keyfiyyətli tədris prosesinə malik olmaqdır. Bu sadalananlar 11 min 485 nəfərin iştirak etdiyi sorğuda ADAU-nun birinci olmasını şərtləndirib. İkinci yerə İqtisad Universiteti, 3- cü yerə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti sahib olub.